“4 hərbi hissə darmadağın edilib, ölənlərin sayı 300 nəfərdir” - “Faktinfo” qəzeti

13-09-2022, 17:19           
“4 hərbi hissə darmadağın edilib, ölənlərin sayı 300 nəfərdir” - “Faktinfo” qəzeti
Ermənistan tərəfinin dünən sərhəddə həyata keçirdiyi təxribat nəticəsində itkilərinin sayının 49 nəfər olduğu bildirilir. TEREF.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, düşmən ölkənin baş naziri Nikol Paşinyan bu rəqəmin nisbi olduğunu, daha da artacağını açıqlayıb.

Ermənistanda yayımlanan “Faktinfo” qəzeti isə məlumat yayıb ki, vəziyyət daramatikdir. Nəşrin yazdığına görə, Ermənistan ordusunun itkiləri heç də 49 nəfərdən ibarət deyil. “Bu rəqəm 300 nəfərə yaxındır. Onun artacağına isə şübhə yoxdur. Çünki çoxlu sayda ağır yaralılar var”.

Sözügedən qəzet onu da yazıb ki, dünən gecə Azərbaycan Ordusunun adekvat cavabı nəticəsində Gorus, Qafan və Vardenis rayonlarında yerləşən 4 hərbi hissə darmadağın edilib. “4 hərbi hissənin bütün ərazisi Azərbaycan tərəfindən raketlə vurulub. Orada çoxlu sayda yaralı və ölənlərin olduğunu rayon sakinləri, habelə hadisənin şahidləri də təsdiqləyirlər. Qafan və Vardanesdəki hərbi hissədə bir bina belə qalmayıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru