Özəl istirahət mərkəzinin İcra Hakimiyyətinə heç bir dəxli yoxdur...
15-09-2022, 18:57
Teref.az olaraq Pirşağı qəsəbəsində yerləşən "Miracle" Ailəvi istirahət mərkəzi ilə bağlı əməkdaşımızın apardığı araşdırma nəticəsində məlum olub ki, "Miracle" Ailəvi istirahət mərkəzi Pirşağılı Rəcəb adlı bir sahibkarındır. Sahibkar özü rəhmətə gedib və "oibyekti" bir Türkiyəli iş adamına icarəyə veriblər. Deyilənə görə obyektdə bayraqlar asılıb, lakin İcra Hakimiyyətinin tapşırığına əsasən bayraqlar çıxardılıb. Əməkdaşımızın sorğusuna cavab olaraq bildiriblər ki, istirahət mərkəzi özəl məkandır, İcra Hakimiyyətinə heç bir dəxli yoxdur. İcra Hakimiyyətləri İstirahət Mərkəzləri ilə məşğul olmur. Əgər hansısa bir qanun pozuntusu haqqında məlumatları varsa polisə müracət etsinlər. Teref.az