Azərbaycanın Baş Qərargah rəisi Şoyqu ilə bölgədəki vəziyyəti müzakirə edib
16-09-2022, 08:53
Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev arasında telefon danışığı baş tutub.
Bu barədə “Report” Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.