Rumıniyada Ukrayna taxılını daşıyan vaqonlar relsdən çıxıb - FOTO

16-09-2022, 09:54           
Rumıniyada Ukrayna taxılını daşıyan vaqonlar relsdən çıxıb - FOTO
Rumıniyada Ukrayna taxılı yüklənmiş yük qatarının iki vaqonu relsdən çıxaraq aşıb.

Bu barədə dəmiryolu ilə yükdaşımaları üzrə milli operatorun məlumatında deyilib.

Qatar 30 vaqondan ibarət olub. Konstansa limanına doğru gedən qatarın taxıl daşıdığı bildirilib.

Qəza Mures mərkəzi rayonunda baş verib.

Qəzada xəsarət alan olmayıb. Qatarların hərəkəti bir neçə saatlıq dayandırılıb.

Hadisənin səbəbləri hələlik məlum deyil.



Mənbə: Yevropeyskaya pravda












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru