Qırğızıstan bəzi yaşayış məntəqələrinin azad edildiyini bildirib

18-09-2022, 00:07           
Qırğızıstan bəzi yaşayış məntəqələrinin azad edildiyini bildirib
Qırğızıstanın Batken vilayətində Tacikistan hərbçiləri tərəfindən əvvəllər ələ keçirilən bir sıra yaşayış məntəqələri azad edilib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə respublikanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

"Batken vilayətində əvvəllər ələ keçirilmiş bir sıra yaşayış məntəqələri azad edilib. Hazırda Fövqəladə Hallar Nazirliyinin nəzarəti altında olan yerli özünüidarəetmə orqanları vasitəsilə humanitar yardımın çatdırılması üçün yerlərdə müvafiq tədbirlər təşkil olunur”, - mətbuat xidməti bildirib.

Nazirliyin məlumatına görə, Qırğızıstan və Tacikistan arasında yaradılmış komissiya dövlət sərhədinin perimetri boyunca vəziyyətin sabitləşdirilməsi məqsədilə daimi əsasda ikitərəfli danışıqlar aparır.

Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsindən əlavə olunub ki, yerli hakimiyyət orqanlarının rəhbərləri regionda ictimai-siyasi vəziyyəti nəzarətdə saxlayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru