Tramp axtarışlardan sonra ilk dəfə Floridadakı mülkünü ziyarət edəcək

20-09-2022, 11:44           
Tramp axtarışlardan sonra ilk dəfə Floridadakı mülkünü ziyarət edəcək
ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən Floridadakı Mar-a-Laqo malikanəsinə baş çəkəcək.

Bu barədə o, “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Bu, Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri tərəfindən mülkdə aparılan axtarışlardan sonra ilk ziyarətdir.

“Tezliklə mən Florida ştatında Mar-a-Laqodakı evimə gedəcəyəm. Əsassız, ədalətsiz və qanunsuz axtarışların və basqının olduğu evimə baş çəkəcəm. Evimin, otaqlarımın əsassız olaraq “təmizlənmə”sinin nəticələrini öz gözlərimlə görə biləcəyəm”, - deyə Tramp qeyd edib.

Siyasətçi onu da bildirib ki, “onun əlindən bir çox şey qanunsuz alınıb”.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru