Dörd istiqamətdə rus ordusunun hücumu dayandırıldı - Ağır döyüşlər gedir

20-09-2022, 12:15           
Dörd istiqamətdə rus ordusunun hücumu dayandırıldı - Ağır döyüşlər gedir
Ukrayna Silahlı Qüvvələri 4 məskunlaşma olan ərazidə rus ordusunun hücumlarını dəf edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” sosial şəbəkəsində bildirilib.

“Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Mayorsk, Veseloe, Kurdyumovka və Novomıxaylovka yaşayış məntəqələri ərazilərində rusların hücumlarını dəf edib”, - məlumatda deyilir.

Eyni zamanda, son sutka ərzində Ukrayna ordusunun aviasiyası rus ordusunun canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 24 əraziyə, zenit-raket komplekslərinin 4 mövqeyinə və bir sursat anbarına zərbələr endirib.

Bundan əlavə, Ukrayna hava hücumundan müdafiə bölmələri müxtəlif istiqamətlərdə bir Su-25 təyyarəsini, bir idarə olunan hava raketini və üç PUA-nı məhv edib:

“Raket qoşunları və artilleriya bölmələri son 24 saat ərzində qarşı tərəfin 16 obyektinə atəş zərbəsi endirib. O cümlədən, şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi 6 ərazidə, artilleriya qurğularının cəmləşdiyi 7 ərazidə, həmçinin 3 silah-sursat anbarı vurulub”.

Baş Qərargahın xülasəsində deyildiyi kimi, Volın və Polesski istiqamətlərində vəziyyət dəyişməyib, digər istiqamətlərdə isə rus ordusu tanklardan, minaatanlardan və müxtəlif təyinatlı artilleriya qurğularından atəşə tutulub.

Qeyd olunur ki, rus ordusu Yujnobuq istiqamətində 28-dən çox yaşayış məntəqəsini atəşə tutub:

“Son 24 saat ərzində rus ordusu beynəlxalq humanitar hüquq normalarını, müharibə qanunlarını və adətlərini pozaraq, Ukrayna ərazisindəki obyektlərə 10 raket və 15 hava zərbəsi endirib, 56-dan çox reaktiv yaylım atəşi açıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru