Məlumatda SEPAH zabiti Əli Sərvaninin Gülüstan əyalətinin Ramiyan şəhərinin Rzaabad kəndində etnik bəluçlar arasında baş verən münaqişənin yatırılması üçün keçirilən əməliyyat zamanı öldürüldüyü bildirilib. İran mediası adı çəkilən zabitin havaya atəş açdığını iddia etsə də, bəluç fəallar sosial mediada yaydıqları məlumatda Əli Sərvaninin əhaliyə bir başa atəş açmasına cavab olaraq ov tüfəngi ilə vurulduğunu qeyd ediblər. Onlar münaqişə zamanı SEPAH zabitinin bir neçə mülki şəxsi yaraladığını, onlardan bir neçəsinin vəziyyətinin ağır olduğunu yazıblar. Heydər Oğuz Teref.az