Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

23-09-2022, 00:05           
Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb
Konstitusiya Məhkəməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxıb.

"Report" xəbər verir ki, müraciətdə Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsi istənilib:

Konstitusiya Məhkəməsi rəylər və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Cinayət-Prosessual Məcəlləsinin 453.10-cü və 454-cü maddələrinin tələbləri baxımından cinayət işinin başlanmasının rədd olunması barədə qərarın qanuniliyi və əsaslılığına dair hakimin qərarının apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılması eyni hallar üzrə təkrarən məhkəmə nəzarətinin həyata keçirilməsini istisna edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru