Ramzan Kadırov səfərbərlikdən danışdı: "Çeçenistanda çağırış..."

23-09-2022, 09:06           
Ramzan Kadırov səfərbərlikdən danışdı:
Çeçenistanda hərbi xidmətə çağırış planı 254 faiz artıqlaması ilə yerinə yetirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Çeçensistan rəhbəri Ramzan Kadırov özünün Teleqram kanalına yerləşdirdiyi videoda bildirib.

O, Rusiya Prezidenti Vladimir Putinin elan etdiyi qismən səfərbərlik çərçivəsində Çeçenistan Respublikasının sakinlərinin hərbi xidmətə çağırılması mövzusunda görüş keçirib.

Ramzan Kadırovun sözlərinə görə, belə göstəricilərə Rusiya Müdafiə Nazirliyinin yeni bölmələrinin formalaşdırılması sayəsində nail olunub.

"Bu mexanizm lap əvvəldən, hətta qismən səfərbərlik elan edilməmişdən də öncə işlənib hazırlanıb" - Çeçenistan rəhbəri vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru