Rusiya-Gürcüstan sərhədini avtomobillə keçmək azı 5 gün çəkir

2-10-2022, 08:57           
Rusiya-Gürcüstan sərhədini avtomobillə keçmək azı 5 gün çəkir
Şimali Osetiyada Rusiya və Gürcüstan sərhəd-keçid məntəqəsindən keçmək istəyənlər beş gündür gözləyirlər.

“Verxniy Lars” keçid məntəqəsində ucsuz-bucaqsız növbə yaranıb.

Növbə gözləyən insanlar paltarlarını, ayaqqabılarını maşınların kapotunda qurudurlar.

Bundan əlavə, bəzi sürücülər dövlət nömrə nişanlarını çıxararaq avtomobillərini yolun kənarında buraxıblar. Belə avtomobillərin üzərində onların Gürcüstana daşınmasında köməklik təklifləri ilə bağlı elanlar görünür.

Növbədə həmçinin Samara vilayətindən olan sürücülük məktəbinin təlim maşını və üzərində “South African National Park” yazısı olan avtomobil də görünüb. (Mənbə: Gazeta.ru)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru