Ukrayna Silahlı Qüvvələri qoşunların Baxmutdan çıxarılması ilə bağlı xəbərləri təkzib edib

5-03-2023, 10:44           
Ukrayna Silahlı Qüvvələri qoşunların Baxmutdan çıxarılması ilə bağlı xəbərləri təkzib edib
Rusiya ordusu Donetsk vilayətinin Baxmut şəhəri uğurunda nəzarəti əldə etməyib. APA UNİAN-a istinadən xəbər verir ki, bunu Şərq qoşun qrupunun nümayəndəsi Sergey Çerevatı bildirib.

Onun sözlərinə görə, Ukrayna qoşunlarının şəhərdən kütləvi şəkildə çıxarılması məlumatı yalandır.

“Baxmutda döyüşlər şəhrdən kənarda gedir və şəhərə Ukrayna Müdafiə Qüvvələri nəzarət edir: Ukrayna Silahlı Qüvvələri, Sərhəd Xidməti və Milli Qvardiya. Həmçinin Ukrayna qoşunlarının kütləvi şəkildə çıxarılması yoxdur”, - deyə o vurğulayıb. Çerevatı əlavə edib ki, Ukrayna qoşunları Baxmutda mövqelərin nəzarətli, planlı rotasiyasını həyata keçirir.

O qeyd edib ki, 2023-cü il martın 4-ü şənbə günündən etibarən Baxmut ətrafında, şəhərin şimalındakı Vasyukovka və Dubovo-Vasilyevka kəndlərində, həmçinin onun qərbindəki İvanovskoye və Boqdanovka kəndlərində döyüşlər gedir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.