İki balina ov zamanı 17 köpək balığını yedi 6-03-2023, 12:44 Cənubi Afrikada bir cüt erkək balina iki saat davam edən ov ərzində 17 köpək balığını öldürüb.Məlumatına görə, elm adamları 2009-cu ildən bu “bədnam” su qatillərini izləyirlər.Belə ki, mütəxəssislər növbəti araşdırma zamanı qeyd ediblər ki, qatil balinalar sahildən uzaqlaşmadan kiçik bir ərazidə ova çıxırlar.Sonuncu belə ovdan sonra tədqiqatçılar Mirvari Sahilində uzunluğu 3 metrə çatan 17 yeddiqəlsəməli köpək balığının qalıqlarını tapdılar.Alimlərin sözlərinə görə, hər bir cəsəd parçalanıb və onların xüsusilə qaraciyəri yeyilib.Bildirlib ki, bu,bölgədə qeydə alınan ən qanlı ov olub.Mənbə: life.ru Facebook-da paylaş