UAZ-la daşınan silahların sübutu - BU DA FAKT!!!

6-03-2023, 12:27           
UAZ-la daşınan silahların sübutu -
Xəbər verdiyimiz kimi, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınması barədə məlumatın yoxlanması məqsədilə Azərbaycan Ordusunun bölmələri UAZ markalı avtomobili saxlamağa cəhd göstərib.

TEREF.AZ Axar.az-a istinadla xəbər verir ki. bu zaman UAZ maşınında olan erməni mənşəli şəxslər atəş açıb və əsgərlərimizdən ikisi şəhid olub. Cavab atəşi ilə erməni separatçı-terrorçulardan 3-ü yerindəcə məhv edilib, bir nəfər isə yaralanıb.

Erməni təbliğat maşını ötən gündən video yayaraq, guya həmin şəxslərin "artsaxın pasport-qeydiyyat şöbəsinin əməkdaşları" olduğu, maşında isə heç bir silah-sursat daşınmadığı haqda iddia paylaşırlar.

"Kalibr" UAZ markalı maşınla silah daşındığını sübut edən görüntüləri təqdim edib:












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.