Ayı min oyun çıxarsa da, “armudsuz” qaldı - VİDEO

7-03-2023, 11:43           
Ayı min oyun çıxarsa da, “armudsuz” qaldı - VİDEO
İnsanlara yaxınlaşıb onlara “şirinlik” edən qütb ayısı ilə bağlı görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Kadrlar Yenisey körfəzində (Rusiya) “Vayqaç” atom buzqıran gəmisindən çəkilib. Videoda ağ ayının ehtimal ki, insanlardan yemək üçün bir şey istəmək məqsədilə oyun hərəkətləri etdiyi görünür.

Necə deyərlər, “ayının min oyunu var, bir armudun başında”.

Ancaq bu oyunlar ona kömək etməyib.

“Xarizmatik ayı əlindən gələni etməyə çalışdı, lakin yeməksiz qaldı. Çünki vəhşi heyvanları bəsləmək olmaz, onlar insanlara öyrəşməməlidirlər”, - deyə videonun müəllifi bildirib.

Mənbə: “Sliva” “Telegram” kanalı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.