Əfqanıstanda universitetlər qız tələbələr olmadan təhsilə başladı: İçəri girmələrinə icazə verilmədi - VİDEO

7-03-2023, 12:28           
Əfqanıstanda universitetlər qız tələbələr olmadan təhsilə başladı: İçəri girmələrinə icazə verilmədi - VİDEO
Əfqanıstanın hər yerində təhsilə start verən universitetlər təhsil və təlim prosesinə qız tələbələr olmadan başlayıblar.

“Taliban” müvəqqəti hökumətinin Ali Təhsil Nazirliyi tərəfindən bütün universitetlərin bu gündən etibarən təhsilə başladığı açıqlanıb.

Səhər saatlarından etibarən universitetlərin oğlan tələbələri siniflərdə yerlərini tutublar. Kampusların qarşısında kiçik qruplar halında toplaşan qız tələbələrin isə içəri daxil olmalarına icazə verilməyib.

Mənbə: Haber Global












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.