Uqandada “qiyamət günü” qorxusu başladı: Yüzlərlə xristian ölkədən qaçdı

8-03-2023, 11:26           
Uqandada “qiyamət günü” qorxusu başladı: Yüzlərlə xristian ölkədən qaçdı
Şərqi Afrika ölkələrindən olan Uqandada yerləşən Məsihin Həvariləri Kilsəsinə bağlı yüzlərlə xristian “qiyamət günü” qorxusu səbəbindən Efiopiyaya keçib.

Bu barədə polis sözçüsü Oskar Ogeka məlumat verib.

O bildirib ki, yüzlərlə uqandalı xristian qiyamətin qopacağı və yaşadıqları bölgəni təsir altına alacağı qorxusu ilə Efiopiyaya qaçıb.

Ogeka qeyd edib ki, təriqət üzvləri qiyamətdən sonra Efiopiyada həyatın yenidən başlayacağına inanırlar.

Polis sözçüsü adıçəkilən təriqət mənsublarının Efiopiyaya köçməzdən əvvəl bütün mal-mülklərini satdıqlarını deyib.

“Uqandanın şərqindəki Obululum kəndinin sakinləri qiyamət zamanı yeganə təhlükəsiz yer olduğunu düşündükləri Efiopiyaya getdilər”, - deyə o bildirib.

Ogeka həmçinin məsələ ilə bağlı araşdırma aparıldığını da əlavə edib.

Qeyd edək ki, Uqandada yalan məlumatlarla istiqamət verən bəzi təriqətlər bir çox insanın həyatını itirməsinə səbəb olur.

Mənbə: Haber Global












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.