Girov götürülən israillilərin ailələri Meloni ilə görüşdülər

26-10-2023, 09:19           
Girov götürülən israillilərin ailələri Meloni ilə görüşdülər
HƏMAS-ın girov götürdükləri israillilərin ailə üzvləri İtaliyanın Baş naziri Corciya Meloni ilə Romada görüşüblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Bildirilib ki, onlar yaxınlarının Qəzzadakı acınacaqlı vəziyyətini Baş nazirin diqqətinə çatdırmaq üçün Romaya üz tutublar.

Onlar sırasında valideynləri öldürülən Nadav Kipnis, iki uşağı - 21 yaşlı Maya və 18 yaşlı İtay Nova - musiqi festivalında HƏMAS tərəfindən qaçırılan İlan Regevin və digər zərərçəkənlər yer alıb.

Qeyd edək ki, oktyabrın 7-dən sonra Meloni İsrailə səfər edib. Meloni burada yəhudi vətəndaşlarını hər cür antisemitizmə qarşı müdafiə edəcəyinə söz verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru