Xasbik cinayət məsuliyyətinə cəlb oluna bilər

1-11-2023, 12:34           
Xasbik cinayət məsuliyyətinə cəlb oluna bilər
Xasbikin (əsl adı Xasbulla Maqomedov) abunəçilərindən biri Rusiya Baş Prokurorluğu ilə əlaqə saxlayaraq, bloqqerdən ekstremizm, antisemitizm və Dağıstanda iğtişaşlara çağırışlarla əlaqədar şikayət edib.

Bildirilir ki, narazılığına səbəb Hasbikin “Telegram” kanalındakı iki paylaşımları olub. O, Dağıstan sakinlərini yəhudiləri boykot etməyə çağırıb. Həmçinin, bloqer “Flamingo” hotelinin yəhudilərlə dolu olduğu iddia edib və hoteli külə çevirməklə hədələyib.

Qeyd olunur ki, Xasbikin bu paylaşımları Mahaçqala hava limanındakı məlum hadisələrə səbəb ola bilərdi.
Xatırladaq ki, oktyabrın 29-da qəzəbli izdiham Mahaçqala hava limanına daxil olaraq İsraildən gələn təyyarəni mühasirəyə alıb.

Mənbə: life.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru