Romanovlar ailəsinin rəsm kolleksiyasının sahibi Moskvada aldadılıb

3-11-2023, 11:04           
Romanovlar ailəsinin rəsm kolleksiyasının sahibi Moskvada aldadılıb
İmperator III Aleksandrın qohumuna çar ailəsinin rəsm kolleksiyası miras qalıb.

73 yaşlı Tatyana Littl kolleksiya ilə dünyanı gəzib, göstərib və bəzilərini satıb. Moskvaya - ata-baba yurduna gələn Littl Qromova adlı bir xanımla əlaqə saxlayıb. O, 165,6 milyon rubl əvəzinə 36,8 milyon rubla 180 rəsm almaq istəyib. Littl isə Tatyanaya Rusiya vətəndaşı olmadığına görə satışı həyata keçirməkdə çətinlik çəkəcəyini deyib. Razılaşıblar.

Şeremetyevo hava limanında rəsmlər birbaşa Ostankino teleqülləsinə göndərilib və hər iki tərəf orada nağd pulla satışı həyata keçirmək üçün görüşüblər. Lakin Tatyananın rus dilini yaxşı bilməməsindən istifadə edən Qromova alqı-satqı sənədi əvəzinə ona ianə sənədi verib. Beləliklə, qadın pulsuz və kolleksiyasız qalıb.
Hazırda polis Qromovanı axtarır.

Mənbə: “Mash” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru