Fransanın qərb sahilində “Kiaran” qasırğası səbəbindən dalğaların hündürlüyü 21 metrə çatıb - VİDEO

3-11-2023, 11:14           
Fransanın qərb sahilində “Kiaran” qasırğası səbəbindən dalğaların hündürlüyü 21 metrə çatıb - VİDEO
Fransanın şimal-qərbindəki Finister departamentinin sahillərində hündürlüyü 21 m olan dalğa qeydə alınıb, burada “Kiaran” qasırğası səbəbindən hava təhlükəsinin ən yüksək “qırmızı” səviyyəsi elan edilib.

“Bu gün səhər Molen adasının cənubunda, Finister sahillərində “Pierres Noires” mayakının yanında 21,1 m hündürlüyündə dalğa qeydə alınıb ki, bu da 6 mərtəbəli binanın hündürlüyünə uyğundur”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, düşərgələrdən və istirahət zonalarından 1 315 nəfər köçürməli olub. Brestdə qüllə kranı yıxıldıqdan sonra bir neçə evin sakinləri təxliyə edilib.
Fransa Daxili İşlər Nazirliyinin başçısı təsdiqləyib ki, cümə axşamı gecə saatlarında 1,2 min vətəndaş elektrik naqillərinin qırılması səbəbindən işıqsız qalıb, o cümlədən on minlərlə insan mobil rabitədən məhrum olub. O əlavə edib ki, səlahiyyətlilər həmin gecə bir neçə dəfə mobil telefon xəbərdarlığı sistemini işə salıblar. Səhərə qədər xilasedicilər 1,9 min əməliyyat keçirib və hazırda işlərinə davam edirlər.

Mənbə: lachainemeteo.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru