“Google” milyonlarla smartfonda “Chrome” brauzerini məhdudlaşdıracaq

4-11-2023, 13:08           
“Google” milyonlarla smartfonda “Chrome” brauzerini məhdudlaşdıracaq
Stabil versiyası 6 dekabr 2023-cü ildə buraxılacaq “Google Chrome 120” “Android 7 Nougat” əməliyyat sistemi (ƏS) ilə işləyən cihazları dəstəkləməyəcək.

Beləliklə, “Google Chrome”un 119-cu versiyası “Android 7 Nougat” üçün sonuncu olacaq. Bu ƏS ilə bütün Android istifadəçilərinin təxminən 2,6%, yəni təxminən 78 milyon cihaz işləyir.

Demək olar ki, bir il əvvəl “Android 6 Marshmallow” oxşar halla üzləşmişdi. “Google”un ƏS-nin bu versiyası üçün brauzerin son versiyası “Chrome106” olub.

“Android Nougat” kimi də tanınan “Android 7.0” 2016-cı ildə orijinal “Google Pixel” smartfonu ilə meydana gəldi. Bu, “Google”un təkcə proqram təminatı bazarında deyil, həm də aparat təminatı sahəsində möhkəmlənmək istəyində dönüş nöqtəsi oldu”, - deyə məlumatda bildirilir.
Öz növbəsində, “Android 6 Marshmallow” 2015-ci ildə işıq üzü görüb.

Mənbə: Chrome Enterprise












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru