İsrail hərbçiləri sahildə mövqe tutdular: Qəzzada görünməmiş bombardman baş verdi - VİDEO

6-11-2023, 10:24           
İsrail hərbçiləri sahildə mövqe tutdular:
İsrail hərbçiləri Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatına qarşı əməliyyat zamanı anklavın sahillərinə çatıb və orada qərarlaşıblar.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Son həftə ərzində quru əməliyyatlarının genişləndirilməsi çərçivəsində İsrail Müdafiə Qüvvələrinin 36-cı diviziyası zolağın şimal hissəsində fəaliyyət göstərib və Qəzza sahili boyunca mövqelərə çatıb”, - deyə məlumatda bildirilir.
Qəzzada həmçinin görünməmiş bombardman baş verdiyi bildirilir.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus yüzdən çox təyyarə artilleriya və donanmanın dəstəyi ilə bir saatdan artıqdır ki, sektora zərbələr endirib.

TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru