Ermənistanın eks-prezidenti Robert Köçəryanın oğlu Levon azadlığa buraxılıb. Bakupost.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, Levon Köçəryan dörd xüsusi təyinatlı polis əməkdaşını döyməkdə ittiham edilərək həbs olunmuşdu. O, 2 aya yaxın həbsdə qalıb. Qeyd edək ki, onun azad olunmasına səbəb deputat mandatı qazanmasıdır. Belə ki, "Ermənistan" fraksiyasından deputatlardan birinin mandatını təhvil verməsi blok siyahısında olan Köçəryanın mandat əldə etməsinə və toxunulmazlıq statusuna səbəb olub.