Zooparkdan qaçış: Ancaq bu dəfə Madaqaskarda deyil - VİDEO

8-11-2023, 10:44           
Zooparkdan qaçış:
Sosial şəbəkələrdə küçədə dəvəquşu ilə motosikletli polisin “yarışının” görüntüləri yayılıb.

Məlumata görə, hadisə Çjençjou şəhərində baş verib.

Bildirilir ki, dəvəquşu zooparkdan qaçıb. Polis də onun təqibinə başlayıb. Ancaq “idman həvəskarı” quş asayiş keşikçisi ilə yarışa başlayıb.

Qeyd olunur ki, nəhayət, qaçaq ələ keçib və zooparka qaytarılıb.
Dəvəquşunun zooparkı necə tərk etməsi məlum deyil.

Görüntü sosial şəbəkələrdə viral olub. İstifadəçilər baş verənləri “DreamWorks Animation” studiyasının istehsalı olan və zooparkdan qaçan heyvanlardan bəhs edən məşhur cizgi filmi “Madaqaskar”dakı hadisələrə bənzədiblər.

Mənbə: REN.TV












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru