Azərbaycan alimlərinin Quran ayələri əsasında Elmi Hipotezi

11-11-2023, 08:34           
Azərbaycan alimlərinin Quran ayələri əsasında Elmi Hipotezi
Azərbaycan alim və tədqiqatçıları texnika elmləri namizədi, Nazilə Daşdiyeva, Elnarə Hüseynova və kimya elmləri doktoru, professor, ATEA akademiki, 7 Elmi Kəşf müəllifi Rahim Daşdiyevin Quran ayələrinin mindən çox ad altında uzun illər sistemləşdirmələri sayəsində dialektikanın yeni qanunu: “Hər bir çətinlikdən sonra asanlığın gəlməsi qanunu” Almaniyada Avropa Təbiət Elmləri Akademiyasının Elmi Kəşflərin verilməsi ilə bağlı Beynəlxalq Ekspert Şurasında 24.10.2023 tarixində Elmi Hipotez adı ilə ingilis dilində qeydiyyatdan keçmiş və müəlliflər Diplomla təltif edilmişlər. Elmi Hipotezin Azərbaycan dilində təsviri:
ELMİ HİPOTEZİN FORMULU
İnsanlar üçün taktiki (dünya həyatı) və strateji (axirət həyatı) əhəmiyyət daşıyan mütləq kitabı olan Quranda Allahın Özünü vəsf etdiyi mütləq sifətləri ilə yanaşı, Rəbbin digər sözləri, ifadələri və təsvirlərini əhatə edən çoxsaylı (mindən çox) adlar altında ayələrin sistemləşdirilməsi sayəsində əvvəllər məlum olmayan və Quranda hər biri üçün müvafiq aşkar əlamətlər (eyhamlar) qismində ayələr kompleksi müəyyən edilmiş dialektikanın məlum üç qanununu özündə birləşdirərən “Hər bir çətinlikdən sonra asanlığın gəlməsi qanunu” nəzəri cəhətdən əsaslandırılmış və emprik olaraq təsdiqlənməklə yanaşı, Allahın Quranda təsvir etdiyi Özünün elmi, həmçinin yaradılışına daxil olan obyektlər ilə bağlı bəzi qanunlar, hadisələr, qanunauyğunluqlar və xassələr aşkar edilmişdir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru