Polis rəisləri arasında KÜTLƏVİ DAVA: Biri komaya düşdü - ANBAAN VİDEO

12-11-2023, 00:12           
Polis rəisləri arasında KÜTLƏVİ DAVA: Biri komaya düşdü - ANBAAN VİDEO
Hurriyyet.Az xəbər verir ki, Yakutiyada polis gününün qeyd olunması zamanı yerli polis idarəsinin rəhbərləri arasında kütləvi dava olub. Dava nəticəsində polis idarəsinin rəisi vəzifəsini icra edən şəxs komaya düşüb.

Lent.az Rusiya teleqram kanallarına istinadla bildirir ki, dünən Rusiya Daxili İşlər İdarəsinin Lenski rayonundakı əməkdaşları bütün gecəni “Lena” kafesində keçiriblər. Səhər isə idarə rəisləri arasında dava başlayıb.

Əvvəlcə yerli OEBiPK-nın 30 yaşlı rəhbəri, kapitan Sevryuqin maddi-texniki təminat rəisi ilə, sonra isə polis idarəsinin rəisi vəzifəsini icra edən 40 yaşlı polkovnik-leytenant Nadtoçiyevlə dalaşıb. Nəticədə Nadtoçiyev üzündən bir neçə zərbə alıb.

Nadtoçiyev hazırda koma vəziyyətindədir. Hazırda Sevryuqinlə bağlı araşdırma aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru