Şəklin ayrı-ayrı fraqmentlərini canlandırmağa imkan verən funksiya yaradılıb - VİDEO

12-11-2023, 11:44           
Şəklin ayrı-ayrı fraqmentlərini canlandırmağa imkan verən funksiya yaradılıb - VİDEO
“Gen-2” neyroşəbəkəsinin tərtibatçısı şəklin müəyyən hissələrini canlandırmaq imkanı verən funksiyanı anons edib.

“Runway” startapı bu barədə öz “X” səhifəsində məlumat verib və həmçinin neyroşəbəkənin iş prinsipini nümayiş etdirib.

Funksiya “Motion Brush” adlanır. Nümayiş videosunda alətin yaradıcıları əvvəlcə hərəkətsiz bir şəkildə dənizdə qayığın üzməsini, göydə buludların hərəkət etməsini, siqaretin tüstülənməsini və insanın gəzməsini simulyasiya ediblər .

“Runway” bu funksiyanın nə vaxt ictimaiyyətə açıq olacağını açıqlamayıb. Bu funksiyadan yalnız “Gen-2” layihəsinin istifadəçiləri yararlana biləcəklər.

“Gen-2” 2023-cü ilin martında meydana çıxıb. Neyroşəbəkə mətn təsvirləri əsasında videolar yarada bilir. Tərtibatçıların dediyinə görə, texnologiya təkcə mətn əsasında işləmir, o, həm də şəkil və ya videonu “valehedici film fraqmenti”nə çevirə bilir.

Mənbə: daily.afisha.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru