RF MN: İl-76 təyyarəsində rusiyalı və ukraynalı hərbçilər həlak olublar

25-01-2024, 00:02           
RF MN: İl-76 təyyarəsində rusiyalı və ukraynalı hərbçilər həlak olublar
Rusiya Federasiyasının Müdafiə Nazirliyi Belqorod vilayətinin üzərindən uçan İl-76 təyyarəsinin vurulmasına görə Kiyevi terror aktı törətməkdə ittiham edib.
Nazirliyin açıqlamasında təyyarənin idarə heyəti də daxil olmaqla, içərisində olan hər kəsin həlak olduğu bildirilir. Kiyev vaxtı ilə 11.15-də, Xarkov vilayətindən atılan zenit-raket kompleksi ilə vurulan təyyarədə qarşılıqlı girov mübadiləsi məqsədilə ukraynalı hərbi əsirlərin gətirildiyi xəbər verilir. Rusiyanın radiolokasiya vasitələri iki Ukrayna raketini qeydə alıb.
RF MN bəyanatında deyilir: "Təyyarədə 6 nəfər ekipaj üzvü, mübadilə üçün aparılan 65 nəfər ukraynalı hərbçi və onları müşayiət edən 3 nəfər rusiyalı hərbçi olub. Ekipaj və təyyarədəki bütün sərnişinlər həlak olublar".
TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru