Gecələr otağınıza limon qoyub yatın
26-01-2024, 12:04
Mətbəxin vazkeçilməz qidalarından biri olan limon təkcə yeməklərdə deyil, bir çox sahədə də həyat qurtarır. Sizə lazım olan tək şey gecə yatmazdan əvvəl onu çarpayının yanındakı masanın üstünə qoymağınızdır.Foodinfo.az xəbər verir ki, limon təbii təmizləyici material olaraq istifadə edilə bilər və xüsusilə ərptəmizləyici xüsusiyyəti ilə də diqqət çəkir. Ancaq limonun faydaları bunlarla məhdudlaşmır. Məlumdur ki, limon öz dadı, qoxusu və ətri ilə bir çox xəstəliyə çarədir. Gecə yatmazdan əvvəl yatağınızın yanına qoyulan bir dilim limon belə böyük faydalar təmin edir.Yaponiyada aparılan son araşdırmalar yüksək C vitamini ehtiva edən limonun yuxusuzluğun öhdəsindən gəlmək üçün təsirli bir həll ola biləcəyini ortaya qoyub. Yuxusuzluqdan əziyyət çəkənlər artıq yatmazdan əvvəl limon istifadə edərək daha rahat yuxuya gedə bilərlər. Araşdırmalar göstərir ki, gecə yatmazdan əvvəl otağa limon qoymaq sizi sakitləşdirir və daha sürətli, keyfiyyətli yuxu təmin edir.Limonun bənzərsiz təravətləndirici qoxusu ətrafınızdakı stressi azaltmağa təsir edir. Bundan əlavə, limonun antibakterial xüsusiyyətləri burun tıkanıqlığını aradan qaldırmaqla daha sağlam yuxu mühiti yaratmağa kömək edir.