2024-cü ilin yazından etibarən “Fukusima-1” AES-dən təxminən 55 min ton su buraxılacaq

26-01-2024, 17:24           
2024-cü ilin yazından etibarən “Fukusima-1” AES-dən təxminən 55 min ton su buraxılacaq
Fövqəladə vəziyyətdə olan “Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) operatoru TERCO şirkəti yaxın aylarda okeana 54,6 min ton yüngül radioaktiv su buraxmağı planlaşdırır.

Bu barədə AES-dən verilən məlumatda qeyd olunub.

“2024-cü maliyyə ilində (1 aprel 2024-cü il - 31 mart 2025-ci il) yeddi ayrı hissədə okeana təxminən 54,6 min ton suyun buraxılması planlaşdırılır”, - deyə məlumatda bildirilib.
Xatırladaq ki, noyabrın 20-də Yaponiyanın “Fukusima-1” AES-dən su axıdılmasının növbəti mərhələsini başa çatdırdığı barədə xəbər yayılıb.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru