“WhatsApp” vasitəsilə “Telegram”a mesaj yazmaq funksiyası işə salınır - FOTO

26-01-2024, 18:44           
“WhatsApp” vasitəsilə “Telegram”a mesaj yazmaq funksiyası işə salınır - FOTO
“WhatsApp” digər tətbiqlərin istifadəçiləri ilə çatları dəstəkləyəcək.

Bu barədə “WABetaInfo” xəbər verib.

Bildirilir ki, mesencerdə xüsusi çat bölməsi olacaq, onun vasitəsilə istifadəçi birbaşa, məsələn, “Telegram” və “Discord”da yaza biləcək.

Mütəxəssislər artıq funksiyanı beta-testerlərin sınaqdan keçirdiklərini və yaxın gələcəkdə ümumi istifadəçilər üçün əlçatan olacağını bildiriblər.
Qeyd edək ki, Avropa İttifaqının Rəqəmsal Bazarlar Aktının (DMA) qaydalarına görə, şirkətlər mesencerlərdə digər mesajlaşma xidmətlərinə çıxış təmin etməlidirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru