Öz restoranı Zakir Fərəcovun sərəncamına əməl etmir

3-08-2016, 15:00           

Bir müddət öncə Sumqayıt İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin ərazisində yerləşən çimərliklərdə əhalinin yay istirahətinin təşkili haqda sərəncam imzalamışdı.

Sərəncamda bildirilirdi ki, çimərliklərə və sahilyanı zonalara giriş pulsuzdur. Həmçinin müvafiq qurumlara tapşırılmışdı ki, əhalinin dəniz sahilində maneəsiz istirahətinin təmin edilməsi üçün firma və şirkətlər tərəfindən xidmət haqlarından başqa hər hansı rüsumun alınmasının qarşısını alsınlar.

Amma sərəncam imzalandığı gündən sonra cəmi 10 gün həyata keçirildi. Bu da əsasən bahalı olmayan çimrəliklərdə... Sumqayıt-Novxanı yolu boyunca yerləşən çimrəliklərin bir çoxu hələ də köhnə qayda-qanunlarla işləyirlər.

Maraqlıdır ki, soyğunçuluq siyasətindən əl çəkməyən çimərliklərdən biri də elə Zakir Fərəcovun özünə məxsus olduğu deyilən "Kalyon" restoranıdır.

Bildirək ki, "Kalyon" restoranı Xəzərin Novxanı sahillərində yerləşir. İcra başçısına məxsus olduğu deyilən istirahət zonasına giriş üçün xüsusi rüsumlar müəyyənləşdirilib.

Bura istirahətə yollanmış müştərilərin Qaynarinfo.Az-a verdiyi məlumata görə, ödəniş edilmədən "Kalyon"a girmək mümkün deyil. Buna cəhd edənlər mühafizə xidmətinin əməkdaşlarını qarşısında görməli olur. Mühafizəçilər vaxtında müdaxilə edir və içəri pusluz keçmiş vətəndaşı ərazidən uzaqlaşdırır.

Giriş pulunu ödəyib əraziəyə daxil olanlar burda pul xərcləmək məcburiyyətindədir. Belə ki, "Kalyon"da istirahət etmək istəyənlər burda mütləq müəyyən məbləğ ödəməklə stol götürməli və sifariş verməlidi. Restoranın yerləşdiyi çimərlikdən istifadə edənlər oraya kənardan heç nə gətirə bilməz. Bütün qida və su məhsullar məhz "Kalyon"dan alınmalıdı.

Beləliklə, Zakir Fərəcovun imzaladığı sərəncama heç icra başçısının öz obyekti belə əməl etmir. Məgər başçının öz çimərliyində baş verənlərdən xəbəri yoxdur? O zaman bu sərəncamı imzalamağın mənası nə idi? "Köhnə hamam, köhnə tas" siyasəti davam edəcəkdisə, belə bir sərəncam imzalayıb, milləti ümidləndirmək kimə lazım idi?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.