Britaniya həbsxanaların yaxınlığında pilotsuz təyyarələrin uçuşuna qadağa qoydu

27-01-2024, 10:45           
Britaniya həbsxanaların yaxınlığında pilotsuz təyyarələrin uçuşuna qadağa qoydu
Böyük Britaniya hökuməti dünən həbsxanalar üzərində pilotsuz təyyarələrin uçuşlarını qadağan edən yeni 400 metrlik zonalar yaratdığını elan edib.

KONKRET.az xəbər verir ki, hakimiyyət bu yolla narkotik və mobil telefon qaçaqmalçılığı ilə mübarizə aparmaq istəyir.

Tətbiq olunan qaydaları pozanları 10 ilədək həbs cəzası gözləyir.

Hökumət bu tədbirlərin cinayətkar dəstələrə ciddi zərbə vuracağına ümid edir. Əvvəllər polis yalnız qaçaqmalçılıq sübutları olduqda tədbir görə bilərdi.

Britaniya səlahiyyətlilərinə görə, 2019-2021-ci illər arasında İngiltərə və Uelsdəki həbsxana ərazilərində tutulan və ya aşkarlanan pilotsuz təyyarələrin sayı iki dəfədən çox artaraq 500-ə çatıb.

İngiltərənin şimal-qərbindəki həbsxanada bir qeyri-qanuni pilotsuz təyyarə əməliyyatında dəstə 1,7 milyon funt sterlinqdən (2,2 milyon dollar) çox narkotik, mobil telefon və kartları qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edərək 20 uçuş həyata keçirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.