Vergi generalı hələ də öz kefindədir - Vidadi Məmmədov Bakıda restoran bağlatdırdı
4-08-2016, 12:51
Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin sabiq rəisi, general Vidadi Məmmədov restoran bağlatdırdı. Yenicag.az-a daxil olan xəbərdə deyilir ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyindəki cinayətkar şəbəkənin VN-dəki əsas siması olan V.Məmmədov işdən çıxarılsa, evində axtarış aparılsa da, istirahətini pozmur.
Sabiq nazir Eldar Mahmudovun MTN-in Vergilər Nazirliyindəki nümayəndəsi sayılan V.Məmmədov bir neçə gün öncə əyləndiyi zaman şəhərin mərkəzində pizza yemək istəyib. Ancaq köhnə zamanlarda olduğu kimi bu dəfə də restoranı “bağlatdırmaq” istəyib və istəyinə də nail olub. Qısa zaman içərisində müştərilər yemək masasından qaldırılıb və “bəyəfəndi” içəri daxil olub.
Məlumatda deyilir ki, V.Məmmədov içəridə olduğu müddət ərzində içəriyə heç bir müştəri buraxılmayıb. Eyni zamanda ortalıqda ona xidmət edən ofisiantdan başqa da kimsə görünməyib. Vidadi Məmmədovun bu həssasiyyətinə səbəbin yanındakı xanım ilə əlaqəli olduğu qeyd olunur.rr
Qeyd edək ki, Vidadi Məmmədov Eldar Mahmudov üçün ikinci “Akif Çovdarov” sayılırdı və hamı onun həbs olunacağını gözləyirdi. Lakin yaxın ətrafından sızan bilgilərdə deyilir ki, sabiq rəis öz rəhbərliyi haqqında “özəl dosye”yə sahibdir və o bilgilər onun həbsə getməsini önləyir.
Bu səbəbdən də, 50 milyon dollar mənimsədiyinə, iş adamlarına qarşı zalımlıq etdiyinə dair bilgilər olsa da, o, sadəcə işini itirməklə, cəzalandırılmaqdan xilas olub.
Mövzuya qayıdacağıq.
Vergi generalı hələ də öz kefindədir