Hacının adaları açılmayıb, amma... - Çılpaq qızlar üçün əylənməyə imkan var...

5-08-2016, 12:05           
Hacının adaları açılmayıb, amma... - Çılpaq qızlar üçün əylənməyə imkan var...
Yay mövsümü gələr-gəlməz istirahət üçün dənizkənarına, hovuzlara axışan insanların sayı artıb.
Azxeber.com-un məlumatına görə, Xəzər Adalarında yerləşən hovuzda əylənən gənclərin fotoları sosial şəbəkələrdə paylaşılıb.
Məşhur biznesmen Hacı İbrahim Nehrəmlinin sahibi olduğu Xəzər Adalarının hovuzunda çəkilən fotolar birmənalı qarşılanmayıb.
Məşhur biznesmen bundan öncə də gündəmə qalmaqallı açıqlaması ilə gəlmişdi, belə ki. o Hacı olsa da, spirtli içki içdiyini demişdi: “Həccə getməyimin məqsədi Allah evini ziyarət etmək idi. Hər bir imkanlı müsəlman kimi, mən də bu müqəddəs yolu getdim. Məkkədən gəldin, sonra şərabını iç də, o nə deməkdir ki? Mən, açığı, bu məsələyə etiraz eləmirəm və içirəm. Məkkəyə gedəndə də üzümü Allaha tutub bildirdim ki, mən şərab içəcəyəm. Mən iş adamıyam, Məkkədə içmirəm ki?! Gəlmişəm, Azərbaycanda içirəm də. Məkkədən gəlib, üstündən 40 gün keçəndən sonra 50 qram içki içmək o demək deyil ki, hacısan, içməməlisən. Belə qəbahət heç yerdə yoxdur".
Qeyd edək ki, fotolar adaların rəsmi "facebook" səhifəsində paylaşılıb.
Həmin görüntüləri təqdim edirik



















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.