Zelenski çətənə bitkisinin leqallaşdırılması haqqında qanunu imzalayıb

16-02-2024, 15:14           
Zelenski çətənə bitkisinin leqallaşdırılması haqqında qanunu imzalayıb
Ukrayna Prezidenti Vladimir Zelenski tibbi kannabisin (çətənə) leqallaşdırılması haqqında qanun imzalayıb.

Bu barədə Ukrayna parlamentinin saytında məlumat verilib.

“Xərçəng, müharibə nəticəsində yaranan posttravmatik stress pozğunluğu ilə bağlı xəstələrin zəruri müalicəyə çıxışının genişləndirilməsi məqsədi ilə tibbi kannabisin (çətənə) bitkilərinin dövriyyəsini tənzimləyən qanun layihəsi Prezident tərəfindən imzalanıb”, - deyə vurğulanıb.

2023-cü ilin dekabrında Ali Rada tibbi kannabisin (çətənə) leqallaşdırılması haqqında qanun layihəsini qəbul edib.

Qanun rəsmi dərc edildikdən altı ay sonra qüvvəyə minəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru