Ukrayna 12 dron, bir qırıcı və bir raket vurduğunu bildirir
19-02-2024, 00:16
Ukraynanın hava qüvvələrinin məlumatına görə, bazar günü səhər saatlarında Ukrayna 12 “Shahed” pilotsuz uçan aparatı, Su-34 qırıcı-bombardmançı və Kh-59 raketini vurub.
Təyyarə Ukraynanın şərqində, pilotsuz təyyarələr və raket isə Çerniqov, Sumı, Poltava, Kirovoqrad və Dnepr vilayətlərində vurulub.
Həmçinin bazar günü hava qüvvələri bildirib ki, 2022-ci ilin fevralında başlayan münaqişədən bəri Rusiya Ukraynada 402 430 əsgər itirib.
Şənbə günü Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Co Baydenlə telefonla danışarkən ABŞ Konqresinin Ukraynaya təxirə salınmış böyük yardım paketini təsdiqləməklə bağlı “müdrik qərar” qəbul edəcəyinə ümid etdiyini bildirib.
"Biz hazırkı cəbhədəki vəziyyəti müzakirə etdik. Prezident Baydenin tam dəstəyinə görə minnətdaram", - Zelenskyy əvvəllər Twitter olan X səhifəsində yazıb. “Mən də ABŞ Konqresinin müdrik qərar verəcəyinə inanıram”.
Ukrayna Prezidenti Volodimir Zelenski şənbə günü müttəfiqlərinə xəbərdarlıq edib ki, sursatın az olması Rusiyaya Ukraynaya qarşı yenidən qruplaşmaq üçün imkan verə bilər. O, ordu rəhbərinin qoşunlarının şərqdəki Avdiivka şəhrindən geri çəkdiyini elan etməsindən sonra arrtilelriya və uzun-mənzilli silahjlaral ehtiyacı vurğualyıb.
Zelenski təhlükəsizlik və xarici siysət rəsmilərinin hər il keçirilən görüşü olan Münhen Təhlükəsizlik Konfransında deyib ki, Ukrayna təxminən 2 ildir davam edən müharibədə Ukrayna üçün "süni silah çatışmazlığı" səbəbindən yenidən Rusiyaya qarşı müdafiəyə keçib.
“biz sadəcə olaraq çatışmazlıq yaşadığımız silahları gözləyirik,” Zelenski, uzun-mənzilli silahların çatışmazlığına işarə edərək deyib.
“Ukraynalılar sübut edib ki, biz Rusiyanı geri çəkilməyə məcbur edə bilərik,” Zelenski deyib. “Biz torpağımızı geri ala bilərik və [Rusiya Rpezidenti Vladimir] Putin uduza bilər, və bu, artıq bir neçə dəfə döyüş meydanında baş verib.”
ABŞ-ın Vitse-prezidenti Kamala Harrislə Münhendə görüşdən sonra Ukrayna Prezidenti və Harris birgə mətbuat konfransı keçirib. ABŞ-ın Vitse-prezidenti deyib ki, “dəstəyimizi davam etdirmək Birləşmiş Ştatların strateji marağındadır.”
Zelenski Harrisin Konqresdə ilişib qalan Ukrayna üçün yardım paketinin Ukraynanın müharibə səyləri üçün “həyati əhəmiyyət” daşıdığına dair sözlərini təkrarlayaraq, Kyivin ABŞ-ın “strateji tərəfdaş” olaraq qalacağına arxalandığını deyib.
Bundan əlavə konfransda NATO-nun baş katibi Yens Stoltenberq vurğulayıb ki, ABŞ Konqresinin Ukraynaya yardım paketinin təsdiqini gecikdirməsi Ukraynanın müdafiəsinə birbaşa təsir edir.
“Gözlədiyimiz hər həftə Ukraynanın cənbə xəttində daha çox insanın ölməsi deməkdir,” o deyib.
Ölkəsi Rusiya ilə sərhəd bölüşən Estoniya baş naziri Kaya Kallas deyib ki, “Əgər Amerika özünü təcrid etsə, bu sizin üçün daha baha başa gələcək.”
ABŞ-dan sonra Ukraynanın ikinci ən böyük hərbi təchizatçısı Almaniyanın Kansleri Olaf Şotls Avropa ölkələrinə daha çox təchizatla bağlı çağırışlarını təkrarlayıv və müharibə başlayandan bəri Amerikanın hərbi yardımına işarə edib.
“Hər bir Avropa ölkəsi də ən azından bənzər səy göstərməlidir,” o deyib.
amerikaninsesi