Əl-Cəzirə: Yəhya Sinvar Qəzza zolağında HƏMAS-ın lideri olaraq qalır

19-02-2024, 09:20           
Əl-Cəzirə: Yəhya Sinvar Qəzza zolağında HƏMAS-ın lideri olaraq qalır
Yəhya Sinvar Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının lideri kimi fəaliyyətini davam etdirir.

AZƏRTAC xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı hərəkatın Siyasi Bürosunun üzvü Məhəmməd Nazzala istinadla məlumat yayıb.

“Sinvar hələ də HƏMAS-ın lideri kimi öz vəzifəsini yerinə yetirir, hərəkatın bütün liderləri seçkilər yolu ilə seçilir”, - deyə telekanal onun sözlərini sitat gətirib.

Bir gün əvvəl İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, HƏMAS artıq öz komandirlərinə etibar etmir və Qəzzanı idarə edəcək yeni lider axtarır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru