Yol polisi qəza şəraiti yaratdı - Sürücü son anda xilas oldu - VİDEO

9-08-2016, 09:54           
Yol polisi qəza şəraiti yaratdı - Sürücü son anda xilas oldu - VİDEO
Lətif adlı oxucu Salyan rayonu ərazisində kobud qayda pozaraq sürücülərə qəza vəziyyəti yaradan 99 YP 928 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan yol polisi əməkdaşının hərəkətlərindən narazılıq edir.

teref.az bildirir ki, onun avtosfer.az-a göndərdiyi videonu izlədikdə isə məlum olur ki, həqiqətən də DYP əməkdaşı yolda təhlükəli hərəkətlər edir və başqalarına da təhlükə yaradır. Ona etiraz edən vətəndaşlara isə sərt cavab verir.

Videodan da aydın olur ki, 99 YP 928 dövlət nömrə nişanlı DYP avtomobili sürətlə hərəkət edərək ağ rəngli avtomobili saxlatdırmağa çalışır. Bu zaman açıq-aşkar təqib prosesi baş verir. Lakin DYP avtomobilinin sayrışan işıqları yanmır. Onun saxlatdırmaq istədiyi avtomobilin sürücüsü isə hərəkəti davam etdirdiyi üçün DYP avtomobili qəflətən onu kənara sıxıb saxlamağa məcbur edir. Bu zaman DYP avtomobilinin yolun ortasında qəfil tormozlama etməsi arxadan gələn avtomobillərin sürücüləri üçün çətin anlar yaşadır. Göründüyü kimi, arxadakı avtomobilin sürücüsü DYP maşını ilə toqquşmadan son anda yayına bildi. Bu anda qarşıdan maşın gəlmiş olsaydı, dəhşətli qəza baş verə bilərdi. Buna görə də, sürücü maşını saxlayıb yol polisinə bu hərəkətinə görə etirazını bildirdikdə isə polis əməkdaşı DYP avtomobilindəki mikrofon vasitəsilə kobud cavab verir. Bu isə sürücünü daha da hiddətləndirir və o, maşını saxlayıb yol polisləri ilə söhbət etməyə gedir.

Hər bir halda yol polisi əməkdaşı öz hərəkətləri ilə ətrafdakılarda qıcıq yaratmamalı, başqalarına yaxşı hərəkətləri və davranışı ilə nümunə olmalıdır. Bu videoda isə tam əksini görürük...
[media=https://www.youtube.com/watch?v=sN16KMb3uEc]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.