Ukraynaya əlavə maliyyənin əsas hissəsi ABŞ-da zavodların modernləşdirilməsi və yeni silahlara yönəlir
3-04-2024, 10:54
ABŞ Konqresi Ukrayna və digər müttəfiqlərini silahlandırmaq üçün əlavə maliyyəyə dair qanun layihəsi ilə bağlı qərar vermədən tətilə gedib. Maliyyələşdirməyə qarşı çıxan Respublikaçılar deyirlər ki, Konqres pulları daxili problemlərə xərcləməlidir. Lakin Amerikanın Səsinin Pentaqon müxbiri Karla Babbın verdiyi məlumata görə, maliyyə ilə bağlı qanun layihəsi bir çox amerikalının düşündüyündən daha çox təsirə malikdir.
Ukrayna son ərazi itkilərə səbəbin sursat çatışmazlığını olduğunu bildirir. Respublikaçıların rəhbərlik etdiyi ABŞ Nümayəndələr Palatası Ukraynaya dəstək üçün 60 milyard dollarlıq fövqəladə xərclər haqqında Senatda qəbul edilənqanun layihəsini səsverməyə çıxarmaqdan imtina edərək, Kyivi həyat əhəmiyyətli yardımla təmin edə bilmədi. Pennsylvaniadan Respublikaçı Skott Perri: "Putinin etdiyi ilə heç kim razılaşmır. Lakin sərhədimizin açıq olduğu və vətəndaşlarımızın Amerika küçələrində öldürüldüyü bir vaxt, biz zəhmətlə qazandığımız dollarlarımızı 8 min km uzağa göndərməyimiz və bunun sonunun görünməməsi bir problemdir."
Lakin qanunvericilərin Ukraynanı silahlandırmaq üçün təsdiqləyəcəyi vəsaitin çoxu birbaşa oraya getmir. Onlar burada ABŞ-da - Pensilvaniya ştatının York şəhərindəki kimi zavodlarda ABŞ ehtiyatlarından Kyivə göndərilən köhnə silahları əvəz etmək üçün yeni silahlar hazırlanmasına sərf olunur.
York zavodu Ukraynanın mübarizəsini dəstəkləmək üçün Konqres fondunun maliyyələşdirdiyi onlarla müdafiə sənaye obyektindən biridir. America Enterprise Institutundan Makkenzi Eqlen: "Və bu obyektlər, bildiyiniz kimi, özəl fabriklərdən tutmuş dövlət laboratoriyalarına qədər, Birinci və ya İkinci Dünya Müharibəsi dövründən qalan sursat fabriklərinə qədər bu obyektlərin modernləşdirilməsinə ehtiyac var."
Amerikanın Səsi bu vergi dollarlarının necə xərcləndiyini birbaşa görmək üçün Yorkdan təxminən üç saat şimalda yerləşən Skrenton Ordu Sursat Zavodunu ziyarət etmək üçün razılıq əldə edib.
Skrenton sobalarında polad çubuqlar 155 mm-lik artilleriya mərmilərinə çevrilir. Qablaşdırılmaya göndərilməzdən əvvəl mərmilər soyudulur, yoxlanılır və paslanmanın qarşısını almaq üçün rənglənir.
Ukrayna müharibəsi başlanandan bəri Pensilvaniyanın şimal-şərqində istehsal ayda 14 min ədəd 155 mm-lik mərmidən bu gün ayda 28 minə çataraq, iki dəfə artıb. Zavodun kontraktoru General Dynamics-in bildirdiyinə görə, bu yaxınlarda, zavodda yeni istehsal xətti bir neçə həftə ərzində işə salındıqda bu rəqəm ayda 36 minə yüksələcək.
Zavodun kuratoru Riç Hansen deyir ki, 418 milyon dollar vergi dolları burada 20 modernləşdirmə layihəsini maliyyələşdirir. "İşçilərin sayı şübhəsiz ki, artıb və inanıram ki, General Dynamics-in dediyi kimi, quraşdırdığımız istehsal xətlərinə uyğunlaşmaq üçün artmaqda davam edəcək."
Təkcə bu zavodda daha iki yüz yeni iş yeri açılacaq. Lakin General Dynamics-in rəsmisi Amerikanın Səsinə deyib ki, bu iş yerləri Konqresdən maliyyə yardımı olmadan açıla bilməz.
Konqresmen Mat Kartvrayt bu iş yerlərinin Skranton kimi yerlərdə vəziyyəti dəyişəcəyini deyir. Pensilvaniyadan Demokrat konqresmen Mat Kartvrayt: "Bu, böyük bir stimuldur. Demək istədiyim odur ki, Pensilvaniyanın şimal-şərqində yerləşən Skranton iqtisadi cəhətdən bir növ çiçəklənir."
Lakin onun sözlərinə görə, iş yerləri vacib olsa da, daha vacib olan ABŞ-ın Ukraynadan üz döndərmədiyinə əmin olmaqdır.
((Mat Kartvrayt: "Bu təkcə Amerika deyil, mən sizə demək istəyirəm ki, bu, Pensilvaniyaya da yaraşan bir şey deyil. Harada olursa olsun biz həmişə demokratiya və azadlığın tərəfdarı olmuşuq və mən düşünmürəm ki, biz indi bu siyasəti dəyişməliyik."
Ordu ABŞ-ın Ukraynaya göndərdiyi 2 milyondan çox mərmi sayını artırmaq və özünü müdafiə etmək üçün Kyivə kifayət qədər mərmi göndərməyə davam etmək üçün 2025-ci ildən başlayaraq ayda 100 min 1-5-5 mm-lik mərmi istehsal etməli olduğunu bildirir. ABŞ müdafiə naizrliyinin rəsmiləri isə müdafiə sənayesinin Konqresdən əlavə maliyyə olmadan bu məqsədə çata bilinməyəcəyini deyir.