Rus qoşunları bu şəhərdən geri atılıb - “Onların Avdeyevka ətrafındakı qədər qüvvəsi yoxdur”

4-04-2024, 08:34           
Rus qoşunları bu şəhərdən geri atılıb -
Rusiya qoşunları Çasovoy Yar ətrafındakı müdafiə xətlərinə doğru irəliləsələr də, sonradan geri atılıblar.

TEREF Ukrayna mətbuatına istinadla xəbər verir ki, bunu “Defense Express”-in təsisçisi, hərbi ekspert Sergey Zqurets bildirib.

Ekspert qeyd edib ki, Çasov Yar ətrafında Rusiya qüvvələrinin cəmləşməsi bir vaxtlar Avdeyevka ətrafında olduğu qədər böyük deyil. O, xatırladıb ki, Avdeyevka ətrafında Rusiya Ordusunun 80 min şəxsi heyəti və xeyli sayda zirehli texnikası toplaşmışdı. İndi onun sözlərinə görə, Rusiyada belə qüvvələr yoxdur: "Təpənin üstündə yerləşən Çasov Yarın ətrafında istehkamlar var. Düşmənin bu müdafiə xəttinə doğru irəlilədiyi, lakin dəf edildiyi barədə məlumatlar var".

Zqurets qeyd edib ki, Çasovoy Yar yaxınlığında ruslar bir neçə istiqamətdə hərəkət etməyə çalışırlar.

Ekspert əlavə edib ki, rusların əsas səyləri İvanovskunətrafında və özündə cəmlənib: “Düşmən şəhərin şimal hissəsindədir. Məlumat var ki, indi cənub hissəsində döyüşür, lakin bu hərəkətlər əvvəllər də olub. İndi əsas odur ki, rusların Çasovoy Yar istiqamətində irəliləyişinin qarşısını almaq və İvanovskda düşmən hücumlarını dəf etmək üçün Ukrayna hansı qüvvələrdən istifadə edəcək”.
AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.