Blinkenin təyyarəsi xarab oldu

4-04-2024, 11:33           
Blinkenin təyyarəsi xarab oldu
ABŞ-nin dövlət katibi Antoni Blinkenin “Boeing 737” təyyarəsi Fransada xarab olub.
Bu barədə "RİA Novosti" yazıb.
Bildirilib ki, təyyarədə texniki nasazlıqlar olub. Bu səbəblə ABŞ nümayəndə heyəti Parisdən NATO-nun Brüsseldəki mənzil-qərargahına avtomobillə gedib.
Qeyd edək ki, Fransa və Belçika paytaxtları 190 mil (təxminən 300 km) məsafədədir.
Xatırladaq ki, daha öncə, yanvar ayında da Blinkenin təyyarəsində Davosdan havaya qalxarkən oksigen sızması aşkarlanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru