Nazirliyin bu qurumu aylığı 88 min manata yeni ofisə köçür

4-04-2024, 12:12           
Nazirliyin bu qurumu aylığı 88 min manata yeni ofisə köçür
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yeni inzibati binaya köçəcək.

İqtisadiyyat.az xəbər verir ki, Agentlik yeni inzibati binanın icarəsinin satınalınması ilə bağlı tender elan edib.

Tenderdə göstərilir ki, icarəyə götürüləcək yeni binanın sahəsi 3932 kvadrat metr olmalıdır. Bu, qurumun hazırda icarələyərək yerləşdiyi binanın sahəsindən 2000 kvadrata yaxın böyükdür.

Agentlik hazırda fəaliyyət göstərdiyi inzibati binanın icarədarı ilə sonuncu dəfə bir il müddətinə 320 067 manatlıq müqavilə bağlayıb. Müqaviləyə görə, Agentliyin ofis üçün aylıq icarə haqqı, təxminən, 26 670 manat müəyyənləşib.

Amma Agentliyin hazırda elan etdiyi tenderdə yeni inzibati binanın 36 aylıq icarəsi üçün ehtimal olunan məbləğ 3 184 920 manatdır. Bu isə aylıq 88 470 manat icarə haqqı deməkdir. Bu, sadəcə nazirliyin ehtimal etdiyi məbləğdir. Odur ki, yeni ofisin icarə haqqı fərqli də ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru