Tisianın oğurlanmış tablosu hərraca çıxarıldı - FOTO

5-04-2024, 15:14           
Tisianın oğurlanmış tablosu hərraca çıxarıldı - FOTO
İtalyan rəssamı Tisian Veçellionun (1488/1490-1576) “Misirə gedən yolda istirahət” (1512) adlı kətan əsəri “Christie's”də hərraca çıxarılıb.

Əsər 1995-ci ildə oğurlanıb və yeddi il sonra Londonda avtobus dayanacağında çərçivəsiz halda, plastik torbada tapılıb.

Təxminən 25 milyon funt-sterlinq (31,6 milyon dollar) dəyərində olan rəsm əsəri, demək olar ki, 150 ildən sonra ilk dəfə satışa təqdim olunub.

Məlumata görə, ustad sənətkar ən əlamətdar əsərlərindən birini 20 yaşlarında ikən yaradıb. “Christie's” tablonu Tisianın ilk şah əsəri kimi auksionçulara təqdim edib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru