O, yaddaşınızın daha güclü olmasına kömək edir
5-04-2024, 15:18
Qara zirə və bal ayrı-ayrılıqda faydalı qidalar sırasında olsalar da, onların birləşməsi insan sağlamlığı üçün daha çox faydalı olduğu məlum olub.Bir çox xəstəliklərin müalicəsində istifadə edilən bal insanın qısa müddətdə sağalmasına kömək edir, eyni zamanda insanı müxtəlif xəstəliklərdən qoruyur.Eynilə qara zirə də tərkibindəki təbii yağlar sayəsində orqanizmin sağlam və aktiv fəaliyyətində rol oynayır. Bu iki sağlamlıq məhsulunu birlikdə istehlak etmək gözəl nəticələr verir. Foodinfo.az qara zirə və bal qarışığının insan sağlamlığına möcüzəvi faydalarını təqdim edir:Qzirə və balın qarışığı orqanizm üçün tam güc mənbəyidir. Hər səhər müntəzəm olaraq istehlak edilən qara zirə və bal qarışığı immunitet sistemini gücləndirməyə kömək edir, eyni zamanda insanı xəstəliklərdən qoruyur.Bədəni toksinlərdən təmizləyir. İnsanın zəiflik, yorğunluq, yuxu kimi problemlərini aradan qaldırır.Çəki nəzarətini saxlamaqda da təsirlidir. Qara zirənin maddələr mübadiləsini sürətləndirici təsiri arıqlamaq istəyən insanlar üçün bir nömrədir. Qara zirə və bal qarışığı dəri sağlamlığı üçün də son dərəcə təsirlidir. Dərinin sağlam və parlaq görünməsinə kömək edir. Tədqiqatlar göstərir ki, qara zirə və bal qarışığının birlikdə istehlakı stress səviyyəsini əhəmiyyətli dərəcədə azaldır. Zehni sağlamlıq üçün güclü olan bal və qara zirə qarışığı yaddaşınızın daha güclü olmasına kömək edir. Həzm sisteminin sağlam və aktiv işləməsinə kömək etməklə yanaşı, mövcud qəbizlik problemini də aradan qaldırır. Yeni doğulmuş anaların süd çatışmazlığı dövrlərində bu qarışımdan istehlak etmələri tövsiyə olunur. Ana südünü artırma xüsusiyyətinə malikdir.