İcra başçısı Saatlıya divan tutur
25-05-2015, 12:05
Saatlı icra başçısı Siraqəddin Cabbarovdan Prezident Administrasiyasına şikayət məktublarının sayı artıb.
Məmur özbaşınalıqlarından ən çox əziyyət çəkən bölgələrdən biri Saatlı rayonudur. Siraqəddin Cabbarov belə hesab edir ki, rayonu öz şəxsi məqsədləri üçün istifadə etməlidir.
Özünə münasib insanları Təhsil, Səhiyyə, Sosial sahələrlə bağlı şöbələrə yerləşdirən icra başçısı digər sahələri də nəzərdən qaçırmır. Siraqəddin Cabbarov rayonun problemləri ilə məşğul olmaqdansa, əlində olan administrativ imkanlardan yararlanmaqdadır.
Öz biznes şəbəkələrini artırmaqla məşğuldur və tutduğu yüksək dövlət vəzifəsindən sui-istifadə edərək rayonda böyük biznes şəbəkəsi qurub. Ən əsası isə budur ki, İcra başçısı Saatlı və İmişlidəki geniş çeşidli biznesini sel daşqınlarından ziyan çəkmiş insanlara ayrılmış dövlət vəsaitinin mənimsənilməsindən əldə olunan sərmayə ilə inşa edib.
İcra başçısı yeni kommersiya obyektləri tikdirmək məqsədilə yaşıllıqların kütləvi şəkildə məhvinə rəvac verməkdə ittiham olunur. Ağacların kəsilməsinə etiraz edən rayon sakinləri bu xüsusda mətbuata verdikləri açıqlamalarında bildirmişdilər ki, Siraqəddin Cabbarov rayonun girəcəyində özünə şəxsi restoran tikdirməyə hazırlaşır.
Tia.az