"Ukrayna yeni briqadalar formalaşdırır" - Zelenski

27-04-2024, 09:54           
"Ukrayna yeni briqadalar formalaşdırır" - Zelenski
“Ukrayna Silahlı Qüvvələri (AFU) yeni briqadalar formalaşdırır, lakin onların Qərb silah və texnikası təchizatına ehtiyacı var”.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski onlayn formatda Ukraynaya hərbi yardım göstərilməsi üzrə təmas qrupunun iclasının iştirakçılarına müraciətində deyib.

“Biz indi mövqelərimizi gücləndirmək üçün yeni briqadalar formalaşdırırıq. Onların da cəbhədə fəaliyyət göstərən briqadalarımız kimi dəstəyə ehtiyacı var”, – deyə Zelenski bildirib.

Eyni zamanda, Ukrayna prezidenti Kiyevə ilk növbədə uzaqmənzilli raketlər, F-16 qırıcı-bombardmançı təyyarələri və onlar üçün ən azı yeddi Patriot hava hücumundan müdafiə sistemi və raketləri lazım olduğunu dilə gətirib. \\KONKRET.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru