Ukraynaya yardımın məbləği artırılacaq

1-05-2024, 08:39           
Ukraynaya yardımın məbləği artırılacaq
Bu il Norveç hökuməti krallığın büdcəsindən Ukraynaya 7 milyard kron (632 milyon dollar) məbləğində əlavə yardım ayıracaq.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Stör bildirib.

“Ukraynada vəziyyət daha ciddi və gözlənilməz hala gəldi”, – baş nazir vurğulayıb.

Onun sözlərinə görə, ayrılan məbləğdən 6 milyard kron (540 milyon dollar) ölkəyə hərbi yardım göstərmək üçün nəzərdə tutulub. Pulun qalan hissəsi humanitar və vətəndaş proqramlarının maliyyələşdirilməsinə gedəcək.

Beləliklə, Norveç hökumətinin bu il Ukraynaya yardım üçün ayırdığı ümumi məbləğ 22 milyard krona (1,98 milyard dollar) çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru