Ən zəngin rusların sərvəti 15 milyard dollardan çox artıb

1-05-2024, 10:35           
Ən zəngin rusların sərvəti 15 milyard dollardan çox artıb
Ən varlı rusların sərvəti bu ilin əvvəlindən 15,5 milyard dollardan çox artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Bloomberg Milyarderlər İndeksi”ndə deyilir.

Məlumata görə, ilin əvvəlindən "Eurochem" və "SUEK"in həmtəsisçisi Andrey Melniçenko 5,51 milyard dollar qazanıb və onun sərvəti 24,3 milyard dollara yüksəlib.

Hesabat dövründə “Severstal”ın əsas səhmdarı Aleksey Mordaşovun sərvəti 4,86 ​​milyard dollar artaraq 25,8 milyard dollara çatıb. Eyni zamanda, "NLMK"nın direktorlar şurasının sədri Vladimir Lisin sərvətini 3,62 milyard dollar artıraraq 27,6 milyard dollara çatdırıb.
Gözəl Həşimova












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru